11 mart saat 15:00-da ADA Universitetində “Bir Könüllü” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universitetinin dəstəyi ilə TEDx formatında “Elmin zərif simaları” adlı tədbir keçiriləcək.
Layihənin keçirilməsində əsas məqsəd hədəflərini reallaşdırmış və uğurlu karyeraya sahib Azərbaycan qadınlarının həyat hekayələri, nailiyyətlərinin sirləri, bilik və təcrübələrini gənclərlə paylaşmağa, onların gələcək həyatlarında və karyeralarında uğurlu addımlar atmaları üçün ruhlandırıcı çıxışlarla dəstək olmalarına şərait yaratmaqdır.
Tədbir ölkəmizin təhsil, beynəlxalq münasibətlər, informasiya texnologiyaları, neft-qaz mühəndisliyi, startap, media və kommunikasiya kimi elm və peşə sahələrində çalışan, cəmiyyətimizin inkişafında fəal iştirak edib öz töhfələrini verən uğurlu iş qadınlarının iştirakı ilə həyata keçiriləcək.
Tədbirdə iştirak etmək istəyənlər “Bir Könüllü” Təşkilatının sosial şəbəkələrində paylaşılan linkdən qeydiyyatdan keçə bilər. İştirak üçün son müraciət tarixi 9 mart 18:00 tarixi müəyyən edilmişdir.


