Luiziana və Texas ştatlarında “Laura” qasırğası qurbanlarının sayı 14-ə yüksəlib.
BAKU.NEWS bildirir ki, bu barədə “Associated Press” xəbər verib.
Azı 5 nəfər ağacların aşması nəticəsində həlak olub. Biri boğulub. Səkkizi dəm qazından zəhərlənmə səbəbindən ölüb. Onlar qasırğadan gizlənən zaman elektrik generatorlarından düzgün istifadə etməyiblər.
Qeyd edək, 4-cü səviyyə kateqoriyasında müəyyən edilən qasırğa maddi itkilərə də yol açıb. Keçdiyi yerlərdə su səviyyəsinin qalxmasına, selə səbəb olan “Laura” Luiziana və Texas əyalətlərində 700 min nəfəri işıqsız qoyub.


