“ABŞ-da kimin qalib olması bizim üçün önəmli deyil. Təhdid yerinə hörmət olarsa, şərtlər fərqli ola bilər. Bizim üçün önəmli olan düzgün siyasətdir”.
BAKU.NEWS xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda nazirlərin toplantısında ABŞ-da prezident seçkilərini dəyərləndirərkən deyib:
“Bizim üçün mühüm olan idarəçilik və siyasətdir. Şəxs və partiyaların əhəmiyyəti yoxdur. ABŞ-da kim prezident olursa, olsun sanksiyalar tətbiq etmək əvəzinə, hörmət göstərməsini istəyirik”.
Qeyd edək ki, ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenlə rəqibi Donald Trampın prezidentlik uğrunda mübarizəsi davam edir.


