Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən BAKU.NEWS-a verilən məlumatda bildirilir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Qeyd edək ki, zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qururmlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur.
Məhz Məşhəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bu müddət ərzində sərnişinlərimizdən ricamız odur ki, bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ qanuni daşımalarımızdan istifadə etsinlər”.


