Hacıqabul rayonunda 32 fərdi yaşayış evinin bərpası ilə bağlı satınalma müsabiqəsi elan edilib.
Satınalan təşkilat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətidir.
Satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 45 min 273 manat 48 qəpik təşkil edir.
Müsabiqədə iştirak etmək istəyən şirkətlər təkliflərini 23 oktyabr tarixinə kimi təqdim edə bilərlər.


