Azərbaycan Televiziyasının (AzTV) “Qızıl Fond”u böyük şair Nizami Gəncəvinin vəfatının 750 illiyinə həsr olunmuş elmi sessiyadan görüntülər yayıb.
1953-cü ildə Gəncə şəhərində keçirilmiş tədbirdə şair Səməd Vurğun, ədəbiyyatşünaslar Əli Sultanlı və Həmid Araslı Nizaminin həyat və yaradıcılığından danışıblar.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:



