Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotoqrafları, operatorları və media sahəsində çalışan hər bir həmkarımı ürəkdən təbrik edirəm!
151 il əvvəl Həsən bəy Zərdabinin böyük fədakarlığı ilə nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın təməlini qoydu. Bu gün isə həmin yol peşəkar, məsuliyyətli və milli maraqlara xidmət edən Azərbaycan mediası tərəfindən uğurla davam etdirilir.
Mən də uzun illərdir media sahəsində fəaliyyət göstərən biri olaraq hesab edirəm ki, jurnalistika sadəcə peşə deyil, böyük məsuliyyət və cəmiyyət qarşısında mənəvi öhdəlikdir. Doğru, obyektiv və operativ informasiya cəmiyyətin inkişafı üçün ən vacib dəyərlərdən biridir.
Bu əlamətdar gün münasibətilə bütün həmkarlarıma möhkəm cansağlığı, tükənməz enerji, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətlərində daim uğurlar arzulayıram.
Milli Mətbuatımızın 151-ci ildönümü mübarək olsun!
Bayramınız mübarək, dəyərli həmkarlar!
Aslan Abbaszadə
FaktorNews xəbər portalının təsisçisi və Baş Redaktoru
TREND
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib


