2023-cü ilin yanvar ayında e-sosial.az portalına 1 milyondan çox müraciət olub.
2019-cu ildən istifadəyə verilən portala keçid edərək vətəndaş onun barəsində toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.
Portalda şəxsə dair əməkmüqaviləsi bildirişləri, pensiya təminatı, müavinət, ərizə və müraciətlər, ünvanlı sosialyardım müraciəti, fərdi kapital, avtomobil və mənzil növbəsi və s. kimi məlumatlar ətraflı şəkildə təqdim edilir.


