Dünən Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun Əhmədbəyli-Füzuli-Şuşa yolunda quraşdırdığı minanın partlaması nəticəsində həlak olan polis Xəzər Azər oğlu Zamanovla vida mərasimi keçirilir.
BAKU.NEWS xəbər verir ki, mərasim Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi, ev 9-da keçirilir. Xəzər Zamanovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Xəzər Zamanov Günəşli qəbiristanlığında torpağa tapşırılacaq.






