Cənubi afrikalı alimlər sürətlə yayılan, “beta” və “delta” “ştamm”larından sürətlə yayılan yeni növ koronavirus aşkarlayıblar.
BAKU.NEWS “RİA Novosti”yə istinadla xəbər verir ki, tədqiqatların nəticələrinə əsasən, C1.2. adlanan virus mayda 02%, iyunda 1,6%, iyulda isə 2% yayılma sürətinə malik olub ki, bu da “beta” və “delta”nın yayılma sürəti ilə oxşardır.
Cənubi afrikalı alimlər yeni “ştamm”ın koronavirusun sürətli mutasiyasının nəticəsi olaraq ortaya çıxdığını bildirirlər. Onun yayılma sürəti SARS-CoV-2 mutasiyasından 1,7 dəfə çoxdur. Bu mutasiya yüksək ötürülmə sürətinə və immunitetə qarşı güclü müqavimətinə görə fərqlənir.


