SuperToys Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ən çox müdafiəyə və sevgiyə ehtiyacı olan valideyn himayəsindən məhrum qalan uşaqları da unutmadı. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin dəstəyilə Yeni Günəşlidə yerləşən 2 saylı uşaq evinə baş çəkdilər.
Park atraksionları ilə uşaqların vaxtlarını daha səmərəli və əyləncəli keçirmələri üçün oyun otağı hazırlandı. Oyun otağına batutlar, oyun çadırları, basketbol səbətləri, yelləncək, sürüşkən quraşdırıldı. Daha sonra musiqili əyləncəli tədbir keçirildi. Tədbirdə 100-dən çox uşağa hədiyyə paylanıldı.
Uşaqları sağlam həyat tərzinə təşviq etmək üçün Azərbaycan istehsalı olan Toba velosipedləri hədiyyə edildi.
Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.
Qeyd edək ki, SuperToys mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə balacaları sevindirməyə və xoşbəxt etməyə davam edir.























