Amerika Birləşmiş Ştatlarının ən böyük “Getty İmages” foto agentliyi 1 iyun Beynəlxalq Uşaqlar günü ilə bağlı müxtəlif fotolar dərc edib.
Saytda dərc olunan fotolardan biri Azərbaycanda fəaliyyət göstərən SuperToys mağazalarının birindən çəkilmiş kadrdır.
Məlumat üçün bildirək ki, “Getty İmages” foto agentliyi 1995-ci ildən fəaliyyət göstərir və dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir. Dünyanın aparıcı xəbər agentlikləri məhz “Getty İmages” foto agentliyindən mütamadi olaraq müxtəlif fotolar alır və dərc edir.


