Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı qalmaqal davam edir.
BAKU.NEWS xəbər verir ki, məsələyə prezident Kasım-Jomart Tokayev də reaksiya verib. “Rus dilindən istifadəyə qanunvericiliklə maneçilik törətmək olmaz”, – deyə o söyləyib. Son vaxtlar Qazaxıstanda dövlət və xidmət sektorunda rus dilindən istifadə edən şəxslərlə mübarizə üçün xüsusi reydlər keçirilirdi.
Rəsmi Moskva Qazaxıstanda rus dillilərin hüquqlarının pozulması barədə məsələ qaldırmışdı.


