Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.
Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.
Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.
TREND
- Zelenski Azərbaycana təşəkkür edib
- Rəsmi Bakı başsağlığı verdi
- Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib
- “Bəs mənimlə evlənəcəkdin…” – Rəşid Behbudovun qızından Polad Bülbüloğluna
- Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
- AFFA-da yeni təyinatlar olub
- Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
- Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib


