Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva ölkə başçısı cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.NEWS xəbər verir ki, ölkə başçısı cənab İlham Əliyevin rəsmi saytında (https://president.az/az/articles/view/61789) dərc edilmiş təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Sizi dövlət başçısı kimi fəaliyyətinizin 20 illiyi münasibətilə şəxsən öz adımdan və Azərbaycan Toxumçular Assosiasiyası adından səmimi-qəlbdən təbrik edir edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimiz naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Cənab Ali Baş Komandan, Azərbaycanımızı dünyada qalib ölkəyə, söz və nüfuz sahibinə çevirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.


