Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Qeyd edək ki, MEDİA noyabrın 23-də jurnalistlər üçün müsabiqə elan etmişdi.
Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilib:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı idman reportajı və ya təhlili;
– ən yaxşı bədii publisistika;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Audiovizual media subyektində işləyənlər aşağıdakı istiqamətlər üzrə materiallar təqdim ediblər:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.


