Suraxanı Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə könüllü qanvermə aksiyası təşkil olunub.
Rayon icra hakimiyyətindən BAKU.NEWS-a verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb briqadasının həkim-hematoloqları qan vermək arzusunda olan hər bir donoru müayinə edərək onların sağlamlıq vəziyyətini müəyyənləşdirib.
Aksiya zamanı 100 nəfərə yaxın könüllüdən qan götürülüb.


