Bir neçə dəqiqədən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi başlayır.
BAKU.NEWS xəbər verir ki, Operativ Qərargahın və polisin xəbərdarlıqlarına baxmayaraq, bu həftə də yüzlərlə Bakı sakini rayonlara getməyə cəhd edir.
Jurnalist Nurlan Məmmədovun yaydığı məlumata görə, hazırda Bakı-Qazax şossesinin Ələt ərazisindən keçən hissəsində güclü tıxac var. Sürücülər postlardan keçə bilmədikləri üçün torpaq yola üz tutub.





