11 ildir həbsdə olan, ruhani hacı Abgül Süleymanov bu gün azadlığa çıxıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Qobustan qapalı rejimli həbsxanasında cəza çəkən Hacı Abgülün həbs müddəti bu gün başa çatıb.
Xatırladaq ki, A.Süleymanov 2011-ci ildə İsmayıllınln Lahıc kəndində qaynatasının evində olarkən həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilmişdi. Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi.
Rəsmi məlumatlara görə, saxlanılarkən onun üzərindən narkotik vasitə də aşkar edilmişdi. Mənzilində odlu silah və sursat aşkarlanmışdı.


