Vətənpərvərlik fəaliyyəti ilə seçilən Vüsal Nərimanov Azərbaycan QMƏVŞA İctimai Birliyi tərəfindən medala layiq gorulub.
BAKU.NEWS xəbər verir ki, xeyriyyəçi, gənc iş adamı, ictimai fəal Vüsal Vaqif oğlu Nərimanov Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin İdarə Heyətinin 19.06.2020-ci il tarixli qərarı ilə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalla təltif edilib.
Bu təltif heç də təsadüfi deyil. Belə ki, Vüsal Nərimanov gənc olmasına baxmayaraq, öz vəaliyyətində vətənpərvərlik təbliğatında, ön xəttdə xidmət edən əsgər və zabitlərə mənəvi dəstəyi, Qarabağ qazilərinin müalicəsində göstərdiyi xidmətlər, şəhid ailələrinin yanında olaraq, onlara hər cür qayğı göstərməsi göz önündədir.
Vüsal Nərimanov göstərdiyi qayğını, etdiyi yardımları çox zaman təbliğ etmir. Öz fikri ilə qeyd etsək, bunu Vətən qarşısında vicdan və şərəf borcu hesab edir.
O, həmçinin ön xəttə xidmət edən əsgərlərə mənəvi dəstək və onlarln asudə vaxtının səmərəli təşkili missiyasını üzərinə götürmüş Müdafi Nazirliyi ilə birgə keçirilən “Əsgərə Xatirə Kitabı” layihəsinin də fəal iştirakçısıdir. Bu layihə çərçivəsində dəfələrlə ön xəttə səfər etmiş, qazılərə, şəhid ailələrinə bayram sovqatlarının çatdırılmasında maddi və mənəvi yardımda bulunmuşdu. Hətta ötən il 12 yaşlı məktəbli oğlunu bu layihə çərçivəsində ön xəttə əsgərlərlə görüşə aparmışdı. Vüsal Nərimanov bir ictimai fəal və gənc ziyalı olaraq övladını milli, mənəvi və vətənpərvərlik ruhunda böyüməsi istiqamətində nə gərəkirsə, onu da etməkdən çəkinmir. Hesab edir ki, bütün valideyinlər öz övladlarını məhz bu ruhda böyütməlidir.
Vüsal Nərimanov “Əsgərə Xatirə Kitabı”nın layihə rəhbəri tanınmış tehsil eksperti, ictimai fəal Nuranə xanım Şixəliyevanın təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələrimizin yaranma günü münasibəti ilə video görüşdə də iştirak edəcək.
Amalı, niyyəti yalnız Vətənə xidmət olan Vüsal Nərimanovu vətənpərvərlik fəaliyyətinə verilən qiymətə görə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğur arzu edirik.







