Bu gün, Salyan rayonunda şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik. 27 sentyabr – Anım Günü ilə əlaqədar təşkil edilmiş tədbirdə çıxış edərək bildirdim ki, Vətən uğrunda şəhid olan və sağlamlığını itirən hər bir əsgər və zabitimiz öz igidliyi, cəsirluğu, şücaəti, mərdliyi və vətənə məhəbbəti ilə Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi yazıblar. Gələcək nəsillər üçün örnək olan şəhidlərimiz bizim qürur mənbəyimizdir və qəlbimizdə əbədi yaşayacaqlar. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, şəhidlərimizin doğmalarına səbr diləyirəm. Biz hər zaman Sizlərin yanındayıq.
Tədbir çərçivəsində şəhidlərimizin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak etdim.
Uca Tanrım cəmi Şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun, inşallah
Millət vəkili Jalə Əhmədova












