“Rəsulzadənin ev muzeyi yaradılsın”.
BAKU.NEWS-un verdiyi xəbərə görə, bunu deputat Fazil Mustafa parlamentin iclasında deyib. O bildirib ki, dünən Milli Məclisə qərar layihəsi və qanunda dəyişiklik layihəsi təqdim edib:
“Bu gün SSRİ-nin bərpası ilə bağlı müxtəlif spekulyasiyalar gedir. Bu zamanda biz bolşevik Rusiyasının XI-ci ordusu tərəfindən Azərbaycanın işğalı zamanı Yalamada şəhid olan 300 oğulun adını əbədiləşdirməliyik. İkincisi, Məhəmməd Əmin Rəsulzadənin Bakıda yaşadığı sonuncu binada ev muzeyinin yaradılmasını təklif edirəm”.


