Ermənistanın keçmiş ədliyyə naziri Arpin Ovanesyan ölkəsinin təhlükəli vəziyyətlə üzləşdiyini bildirib.
BAKU.NEWS Azvision.az-a istiandla xəbər verir ki, Ovanesyan ağır durumda olduqlarını etiraf edib. Onun sözlərinə görə, hazırda Ermənistanda yaşamaq vətəndaşlar üçün təhlükəlidir.
“Artıq Ermənistanda yaşamaq təhlükəlidir. İndi Sünikdə (Zəngəzur-red), Geqarkunikdə olduğu kimi qısa müddətdən sonra hər yerdə
təhlükəli olacaq. Hökumət Ermənistanın təhlükəsizliyini təmin edə bilməz .Onlar bunu heç istəmirlər də. Ermənistan istiyə atılmış dondurma kimi əriyir”, – deyə sabiq nazir vurğulayıb.


