Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.
BAKU.NEWS-un Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.



