Dünya varlılarının əmlak investisiyaları üçün ən çox üstünlük verdiyi yerlərdən biri olan Dubayda əmlak qiymətləri sürətlə düşür.
Baku.News xəbər portalı əmlak məsləhət şirkəti olan “Knight Frank”ın yaydığı hesabata istinadən xəbər verir ki, Dubay son iki ildə qiymətlərin ən çox düşdüyü əmlak bazarı olub. 2015-ci ildə ən yüksək səviyyəyə qalxan qiymətlər o zamandan bu yana 25 faiz geriləyib.
Hesabata görə, neft qiymətlərinin düşməsi, ətraf ölkələrdə valyutaların dəyər itirməsi və Yaxın Şərqdə baş verən geosiyasi gərginliklər qiymətlərin düşməsinin əsas səbəbləridir.
Tikinti sektoru, Dubay iqtisadiyyatında “açar” rola malik olduğu üçün qiymətlərin süquta keçməsi şəhərin maliyyə sektoruna da çox mənfi təsir edir.
Dubay Avropa, Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin sərvətlərini cəlb etmək üçün daim yeni tikinti layihələri aparmağı bir strategiya kimi müəyyən etmişdi.


