Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.
Bu barədə DTX-dan məlumat verilib.
Bildirilib ki, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsi açıq elan olunub.
Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, eləcə də dövlət suverenliyinin bərpası ilə nəticələnən antiterror əməliyyatlarından ətraflı danışıblar. Əldə olunmuş tarixi qələbənin hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığı, bunun gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi ötürüləcəyi xüsusi vurğulanıb.
Eyni zamanda, Vətən müharibəsindən ötən illər ərzində ölkəmizin reallaşdırdığı mühüm layihələrin, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin xalqımızın gücünü və iradəsini bütün dünyaya bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Rəsmi hissədən sonra tanınmış incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə davam etdirilən tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə başa çatıb.
TREND
- Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
- Ötən gün 16 itkin şəxs tapılıb, axtarışda olan 11 nəfər saxlanılıb
- Bu gün Məhəmməd (s) peyğəmbərin mübarək mövlud günüdür
- Azərbaycanda Süni İntellekt Nazirliyi yaradılacaq?
- Arzu Nağıyevin ailəsində ağır itki
- Süni intellekt dava salır
- MEDİA bəyanat yayıb
- Bakıda 3 gün leysan olacaq – Xəbərdarlıq


