Aparılan təmir işləri ilə əlaqədar olaraq, İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün hərəkət qısamüddətlik məhdudlaşdırılır.
Bu barədə BAKU.NEWS-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri tövsiyə olunur.


