Güclü külək Bakıdakı ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisinə mənfi təsir edib.
Bakı Şəhəri Təhsil İdarəsindən BAKU.NEWS-a verilən məlumata görə, davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
“Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir” – İdarədən bildirilib.


