Nazirlər Kabineti “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Strategiyada qeyd olunan “xalis 0 emissiya” hədəfinə nail olunması məqsədilə İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməli, Maliyyə Nazirliyi dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etməlidir.
Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək “xalis 0 emissiya” hədəfinə (şərtli hədəfə) nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsindən asılı olacağı nəzərə alınmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməli, aidiyyəti qurumlarla birlikdə Strategiyanın məqsədləri və hədəfləri barədə ictimaiyyətin məlumatlandırılmasını, onun təbliğini, habelə elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatının keçirilməsini təmin etməli, Strategiyanın icrasına dair monitorinqi həyata keçirsin və onun nəticələrini iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim etməlidir.
TREND
- Vergi Xidmətindən getdi, “AZCON Holding”də vəzifəyə təyin edildi
- Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı
- Vüqar Əliyevin işində qərar dəyişdi – Pərviz Hacıyev də dindiriləcək
- Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 dəfə artırılır
- Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
- Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
- Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb
- İdman Akademiyasında kommunikasiya və ictimai nitq təlimi keçiriləcək


