Azərbaycanda 3 milyard manatdan çox dövlət satınalma müqaviləsi elektron imzalanıb.
Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, bu ilin aprel ayından istifadəyə verilən elektron müqavilə sistemi vasitəsilə təxminən ötən 6 ay ərzində 7 500 müqavilə tam elektron qaydada imzalanıb: “Bu müqavilələrin ümumi dəyəri 3 milyard manatdan artıqdır. Bu, Azərbaycanda dövlət satınalmalarının tam elektron uçotunun başlanması deməkdir. Sistem dövlət qurumları tərəfindən imzalanan müqavilələrin elektron məlumat bazasının və elektron qiymət bazasının formalaşdırılmasına, həmçinin satınalmaların elektron uçotunun aparılmasına imkan verir. Müqavilənin hazırlanması və imzalanması mərhələsi maliyyə qurumlarının əməkdaşları üçün cəmi bir iş günü ərzində başa çatdırılır. Bu da operativliyi, sürəti və şəffaflığı təmin edir”.
TREND
- Vergi Xidmətindən getdi, “AZCON Holding”də vəzifəyə təyin edildi
- Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı
- Vüqar Əliyevin işində qərar dəyişdi – Pərviz Hacıyev də dindiriləcək
- Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 dəfə artırılır
- Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
- Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
- Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb
- İdman Akademiyasında kommunikasiya və ictimai nitq təlimi keçiriləcək


