Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev federasiyanın kollektivi adından Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Jalə Əhmədovanın həyat yoldaşının vaxtsız vəfatı ilə bağlı başsağlığı verib.
BAKU.NEWS xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli Jalə xanım,
Yoldaşınız Babək Əhmədovun vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə Azərbaycan Alpaqut Federasiyasının kollektivi adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”


