Millət vəkili, Azərbaycan Tibb Universitetinin məzunu Qənirə Paşayeva dünyasını dəyişib.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında müalicə aldığı tibb müəssisəsində vəfat edib.
İxtisasca həm də həkim olan Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
ATU rəhbərliyi və kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!


