Türkiyə Sİlahlı Qüvvələri son sutka ərzində Suriya və İraqın şimalında antiterror əməliyyatları keçirib.
BAKU.NEWS xəbər verir ki, əməliyyat nəticəsində ümumilikdə 10 PKK terrorçusu zərərsizləşdirilib. Qeyd olunur ki, Suriyanın şimalında 7 terrorçu məhv edilib.
Eyni zamanda, İraqın şimalında Türkiyə ordusu və Milli Kəşfiyyat Təşkilatı ilə birgə keçirilən əməliyyat zamanı daha 3 terrorçu zərərsizləşdirilib.


