Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişənin hazırkı durumu ilə əlaqədar İsrailə hərbi yardım etmək planlarını dəyişmək niyyətində deyil.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“İsrailə təhlükəsizliyinin təmin edilməsi üçün etdiyimiz yardımı dəyişmək planlarımız yoxdur”, – TASS Ağ Ev rəsmisinin sözlərini sitat gətirir.
Onun sözlərinə görə, bununla yanaşı, Vaşinqton regionda liderlərlə, o cümlədən İsrail, Fələstin və Misir nümayəndələri ilə diplomatik əlaqələri davam etdirmək niyyətindədir.


