Vaşinqton rəhbərliyi koronavirusun “delta” ştamına görə ölkədə yenidən lokdaun tətbiq etmək niyyətində deyil.
BAKU.NEWS-un TASS -a istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Biz 2020 -ci ilin mart ayında olduğu kimi fəaliyyətin dayandırılmasına bir daha qayıtmayacağımızı açıq şəkildə bildirdik. İqtisadiyyatı bir daha dayandırmayacağıq. İqtisadi sahədə çox irəliləmişik”, o deyib.
Onun sözlərin görə, ABŞ prezidenti Co Baydenin də daha əvvəl dediyi kimi, hökumət “elmi prinsiplərə və səhiyyə sahəsi üzrə mütəxəssislərinin tövsiyələrinə əsaslanacaq”.


