Rusiyanın şərqində meşə yanğınlarının sahəsi böyüyür.
BAKU.NEWS xəbər verir ki, alovlar bir milyon hektardan çox ərazini əhatə edib.
Rusiya Federasiyası Federal Meşə Təsərrüfatı Agentliyinin verdiyi məlumata görə, 2 avqust tarixindən etibarən 830 min hektar sahədə yanğınlar davam edir.
Yanğının söndürülməsi davam edir, son 24 saat ərzində 40 ocaqda yanğınları nəzarət altına almaq mümkün olub.
“Avqustun 3-nə olan məlumata görə, 222 yanğın ocağında 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir. Yakutiyada 126, İrkutsk vilayətində 50 yanğın qeydə alınıb”, – məlumatda deyilir.
Yanğınların söndürülməsinə 5 minə yaxın insan və yüzlərlə texnika cəlb edilib.

