Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyib.
BAKU.NEWS-un məlumatına görə, 31 yaşlı idmançı yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb.
Həlledici mərhələyə 3 qrupda ilk iki sıranı tutanlar və ən sürətli iki atlet yüksəlib.


