ABŞ Silahlı Qüvvələrinin ötən bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub.
BAKU.NEWS xəbər verir ki, onların hamısı eyni ailənin üzvləridir. Qurbanların arasında ən kiçiyinin iki yaşı olmaqla, altı uşaq var. Bundan əvvəl Kabildə ABŞ qüvvələri tərəfindən 7 nəfərin öldürüldüyü bildirilmişdi. ABŞ Mərkəzi Komandanlığının sözçüsü Uilliam Urban bildirib ki, Vaşinqton hazırda mülki şəxslərin ölüm xəbərləri fonunda yoxlamalar aparır.
Hadisə zamanı üç nəfər həlak olub, on nəfər yaralanıb


