Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrinə istinadən bildirib.
Onun məlumatına görə, dövlət başçısının istefasından sonra müvəqqəti hökumət formalaşdırılacaq.
Telekanal həmçinin qeyd edib ki, hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildə Prezident Sarayında baş tutacaq


