Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
BAKU.NEWS-un məlumatına görə, sonuncu oyun günündə daha 9 cavab qarşılaşması keçiriləcək.
Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” Yunanıstan “Olimpiakos”unu qəbul edəcək. “Ağ-qaralar” Afinadakı ilk oyunda rəqibinə minimal hesabla uduzub – 0:1.
Türkiyənin “Qalatasaray” klubu isə Niderland PSV-sini qəbul edəcək. İstanbul təmsilçisi 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun – 0:1.
21:00. “Şerif” (Moldova) – “Alaşkert” (Ermənistan)
İlk oyun: 1:0.
21:30. ÇFR (Rumıniya) – “Linkoln” (Cəbəllütariq)
İlk oyun – 2:1.
21:45. “Midtüllan” (Danimarka) – “Seltik” (Şotlandiya)
İlk oyun – 1:1.
22:00. “Qalatasaray” (Türkiyə) – PSV (Niderland)
İlk oyun – 5:1
22:00. “Lüdoqorets” (Bolqarıstan) – “Mura” (Sloveniya)
İlk oyun – 0:0
22:15. “Yanq Boyz” (İsveçrə) – “Slovan” (Slovakiya)
İlk oyun – 0:0
22:30. “Srvena Zvezda” (Serbiya) – “Kayrat” (Qazaxıstan)
İlk oyun – 1:2
22:30. “Sparta” (Praqa, Çexiya) – “Rapid” (Vyana, Avstriya)
İlk oyun – 1:1.


