Çempionlar Liqasının 1/8 final mərhələsində həfətnin ən yaxşı futbolçusu müəyyənləşdi.
Baku.News-nın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Tottenhem”in müdafiəçisi Yan Vertongen hamını qabaqlayıb. O, Nikolo Zaniolo (“Roma”),Marko Veratti (PSJ) və Tibo Kurtua (“Real”) ilə mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, belçikalı futbolçu “Borussiya” (Dortmund) ilə görüşdə (3:0) 1 qol vurub, 1 məhsuldar ötürmə edib.


