İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.
BAKU.NEWS bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) HİT.Az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, buna qədər Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.


