Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan BAKU.NEWS-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 18 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib, aktiv xəstə sayı 27 813 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.
Qeyd edək ki, dünən verilən məlumata əsasən, son sutka ərzində 1 851 nəfər koronavirusa yoluxmuş, 402 nəfər sağalmış, 17 nəfər ölmüşdü.


