ABŞ Gürcüstana 30 milyon dollar məbləğində “Javelin” (FGM-148) portativ tank əleyhinə raket sistemlərini (ATGM) tədarük edəcək.
BAKU.NEWS xarici KİV -ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.
Dövlət Departamenti müqaviləni ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi ilə ziddiyyət təşkil etmədiyini bildirib.
“Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmasına kömək edəcək, həmçinin Gürcüstanın tank əleyhinə potensialını gücləndirərək mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq”, -agentlik məlumatında deyilir.


