• Turizm • Sosial

Mart ayında Azərbaycandan Gürcüstana 117 min nəfərdən çox turist gedib

121
3-05-2019, 12:13

Gürcüstana gələn turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,2 faiz artıb. Baku.News-un xəbərinə görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin hesabatında məlumat verilib. Qeyd olunub ki, təkcə 2019-cu ilin aprel ayı ərzində ölkəni 647 770 əcnəbi turist ziyarət edib. Yanvar-aprel ayları ərzində isə ölkəyə ümumilikdə 2 265 318 turist gəlib.

Hesabatda qeyd olunur ki, yanvar-mart ayları ərzində beynəlxalq turizmdən ölkənin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon dollar artaraq 578 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, cari ilin mart ayında Gürcüstanı Azərbaycandan 11,3 faiz artımla ümumilikdə 117 050 turist ziyarət edib ki, bu da ölkələr üzrə ən yüksək rəqəmdir. Mart ayındakı artım şübhəsiz ki, bu ayda Azərbaycanda olan Novruz tətili ilə əlaqədardır.

Qeyd edək ki, ötən il Gürcüstanı 8,7 milyon beynəlxalq turist ziyarət edib. Ölkə bundan 3,2 milyard dollar gəlir götürüb ki, bu da ÜDM-in 7,6 faizinə bərabər olub.

FACEBOOK ŞƏRH YAZ