• Turizm

Rodriqo Labardini: "Ötən il Meksikaya Azərbaycandan 506 turist gedib"

146
26-04-2019, 17:24

Azərbaycandan Meksikaya gələn turistlərin sayı artır. Baku.News xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.

“2018-ci ildə Meksikaya Azərbaycandan 506 turist gedib, Meksikadan isə Azərbaycana 622 turist gəlib”, - deyən diplomat 2017-ci ilə nisbətən həmin göstəricilərin müvafiq olaraq 19,06 və 8,93 faiz artdığını diqqətə çatdırıb. Azərbaycanlı turistlərin paytaxt Mexiko Siti ilə yanaşı, daha çox Riviera Maya kurort mərkəzinə üz tutduqlarını qeyd edən səfir bu il avqust ayından İstanbul – Kankun təyyarə reysinin açılması nəticəsində iki ölkə arasında turist axınının daha da artacağına ümidvar olduğunu bildirib.

FACEBOOK ŞƏRH YAZ