• Turizm

Azərbaycan ekoturizmə xarici investisiyalar cəlb edəcək

215
10-04-2019, 08:19

Azərbaycan Dövlət Turizm Agentliyi eko və aqroturizmin inkişafı üçün fəal işləyir. Baku.News xəbər verir ki, bunu Trend-ə Agentliyin aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, hazırda ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır:

“Biz bu sənədi bu ilin sonunadək hazırlamağı planlaşdırırıq”. Aparat rəhbəri qeyd edib ki, turizm sahəsində ciddi islahatlar keçirilib ki, bunların əsasında turizm sənayesinin inkişafına yönəlmiş stimullaşdırıcı paket hazırlanıb. O əlavə edib ki, bu sahədə islahatlar növbəti illərdə də həyata keçirilıəcək.

FACEBOOK ŞƏRH YAZ