• Texnologiya

Köhnəlmiş “iPhone” smartfonları üçün yeniləmə çıxarılıb

25
31-03-2021, 12:06

"Apple" şirkətinin köhnəlmiş smartfonları üçün yeniləmə çıxarılıb. Bu barədə "9to5mac" nəşri məlumat verib.

BAKU.NEWS "ICTnews"-a istinadla bildirir ki, ABŞ şirkəti martın sonunda "iPhone" üçün "iOS 14.4.2" və "Apple Watch" üçün "watchOS 7.3.3" yeniləmələrini təqdim etmişdi. Eyni zamanda köhnəlmiş və satışdan çıxarılmış smartfon, planşet və pleyerlər də sistem yenilənməsi alıblar. Məsələn, "iPhone 5s", "iPhone 6", üçüncü nəsil "iPad mini", birinci nəsil "iPad Air" və altıncı nəslin "iPod touch" qurğuları üçün yeniləmə əlçatan olub.

Jurnalistlər dəqiqləşdiriblər ki, yuxarıda adıçəkilən qurğular üçün çıxarılmış yeniləmə müxtəlif sistem problemlərini aradan qaldıran  təhlükəsizlik paketindən ibarətdir. Müəlliflər hansısa bir konkret yenilik qeydə almayıblar. Yeniləmə "iOS 12.5.2" adlandırılıb.

FACEBOOK ŞƏRH YAZ