• Texnologiya

“Xiaomi” smartfonları bahalaşacaq

32
31-03-2021, 09:04

Bir sıra “Xiaomi” smartfonlarının qiyməti bahalaşa bilər. Bunu “Xiaomi” prezidenti Van Syan sərmayədarlar qarşısında şirkətin dördüncü rübünün hesabatına həsr edilən məruzəsi zamanı bəyan edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

BAKU.NEWS bildirir ki, şirkət rəhbərinin sözlərinə görə, Çin korporasiyası xərcləri azaltmağa və qiymətləri cəlbedici səviyyədə saxlamağa çalışır: “Biz aparat qurğuları üçün xərcləri optimallaşdırmağa davam edəcəyik. Bu dəqiqdir”, – şirkət prezidenti vurğulayıb. Lakin o əlavə edib ki, smartfonlar bazarında komponent hissələrin çatışmazlığı səbəbindən şirkətin bir sıra məhsulları bahalaşacaq. Şirkət rəhbəri hansı qiymət seqmentinə aid smartfonların qiymətinin bahalaşacağını konkretləşdirməyib.

“Reuters” analitiklərinin sözlərinə görə, smartfonlar bazarında böhran çoxlu amillərlə əlaqədardır. Məsələn, koronavirus pandemiyası, Çinin əsas texnoloji şirkətlərinə qarşı sanksiyalar və pis tələbat gözləntisi yarımkeçiricilərin təchizat zəncirinə mənfi təsir göstərir. Komponent hissələrin çatışmazlığı əvvəlcə avtomobil sənayesinə aid olsa da, sonradan prosessorlar əsasında qurulan bütün avadanlıq seqmentinə şamil edilib.  

Rübün yekunları üzrə “Xiaomi” şirkətinin mədaxili ötən ilin analoji dövrü ilə müqayisədə 24,8 faiz artaraq 70,5 milyard yuan (təxminən 10,8 milyard dollar) təşkil edib. Şirkətin korrektə edilmiş xalis gəliri 36,7 faiz artaraq 3,2 milyard yuana bərabər olub.

FACEBOOK ŞƏRH YAZ