• Texnologiya

Marsın orbitindən yeni ağ-qara və rəngli şəkillər göndərildi

125
5-03-2021, 16:10

Çinin avtomatik planetlərarası “Tianven-1” stansiyası Mars orbitindən yeni ağ-qara və rəngli fotolar yollayıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə Çinin Milli Kosmik Agentliyi məlumat verib.

BAKU.NEWS bildirir ki, ağ-qara şəkillər  330-350 km hündürlükdə çəkilib və onlar üzərində kraterlər, dağ silsilələri və təpələr görünür.

Mütəxəsəssislərin məlumatına görə, təsvirdə əks olunan ən böyük kraterin diametri 620 metrdir.

Bundan əlavə, “Tianven-1” Marsın şimal qütb dairəsini çəkə bilib.

FACEBOOK ŞƏRH YAZ